Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 801 $▲2.64%
  • Ethereum1 831 $▲3.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Bakıda bir sıra marketlər şəbəkəsi bağlanacaq

image-market
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaxın vaxtlarda Bakıda bir sıra marketlər şəbəkəsi bağlanacaq.

Bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov həftə sonlarında iri marketlər şəbəkəsinin təşkil etdiyi endirim kampaniyasının pərdəarxası məqamlarından danışarkən deyib. Ekspert bildirib ki, bunun əsas səbəbi son vaxtlar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir:

“Bizdə olan məlumata görə, “Bizim market” müflüs olub, sahibi dəyişib. Bundan başqa çoxlu sayda xırda marketlər bağlanıb. Həmin marketlərin də müflüs olma ehtimalı daha böyükdür. Bütün bunların hər birini gündəlik market rəhbərləri və işçiləri hiss edirlər. İri marketlərin bir məqsədi var – reklam edib, endirim kampaniyası günlərində daha çox alıcı cəlb etmək. Onlar məhsulun qiymətini 1% aşağı salıb, həmin günlərdə daha çox ərzaq satırlar. Hansı marketə girirsən, iki-üç ərzağı bir-birinə bağlayıb üstünə də endirim yazırlar”.

Vahid Məhərrəmovun fikirincə, üstünə endirim yazılan ərzaqlar saxlama müddətinin bitməsinə az qalan ərzaqlardır:

Ətraflı
“Marketlər istəyir ki, saxlama müddətinin bitməsinə az qalan məhsulları geri qaytarmasınlar. Bunun üçün də məhsulu gətirən sahibkarlarla danışırlar ki, həmin məhsulları nisbətən ucuz quymətə satsınlar. Çünki geri qayıdanda onu təkrar emala göndərirlər, əlavə xərc gedir və gözlədiklərindən daha çox qazanc əldə edə bilmirlər”.

Ekspert zamanla iri marketlər şəbəkələrinin də müflis olacağını vurğulayıb:

“Marketlərin sayı olduqca çoxdur. Bakıda yaşadığım ərazidə 6-7 nəhəng market var. Onların sayı çox, əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün gəlirləri günbəgün azalır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101093