Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 402 $▲0.46%
  • Ethereum1 792 $▲1.36%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Bakıda bu binalar sökülür

image-bina3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski, 212 ünvanında yerləşən keçmiş Bakı Şin Zavodunun 2 ədəd qəzalı vəziyyətdə olan dördmərtəbəli yataqxanası söküləcək.

Busaat.az xəbər verir ki, yataqxanalarda ümumilikdə 140 ailə məskunlaşıb.

Binaların qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumların nümayəndələri tərəfindən binalara baxış keçirilib və toplanan sənədlər Nazirlər Kabinetinə təqdim edilib. Qəbul edilən qərara uyğun olaraq bu binalardan sakinlərin köçürülməsi qərara alınıb.

Sakinlərin bildiriblər ki, rayon İcra Hakimiyyətinin və kommunal xidmətlərin əməkdaşları tərəfindən sakinlərdən müvafiq sənədlər toplanır. Bununla bağlı işlərin sürətli aparılması üçün ərazidə mobil vaqon qərargah da quraşdırılıb və sənədlərin toplanması yekunlaşmaq üzrədir. Sənədlərin toplanması yekunlaşdıqdan sonra yataqxanaların söküntüsünə başlanacaq.

Sakinlərin verdiyi məlumata görə, onlara yaşadıqları mənzillər müqabilində kompensasiya təklif edilsə də, onlar mövcud yataqxanaların yerində yeni binaların tikintisi və bu binalarda mənzillərlə təmin olunmaları variantına üstünlük verdiklərini bildiriblər.

Hələlik sakinlərin hansı şərtlər əsasında köçürüləcəyi barədə son qərar yoxdur.

Xatırladaq ki, bu yataqxana binaları 1956-cı ildə tikilib. Yataqxanalarda hazırda əsasən zavodun keçmiş işçiləri yaşayır.

APA

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100441