Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 192 $▲1.69%
  • Ethereum1 826 $▲3.27%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
İqtisadiyyat

Bakıda bu evlərin qiyməti ucuzlaşıb - VİDEO

image-baki
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Elan saytlarında qiyməti 500 min manat civarında olan evlər görmək mümkündür.

Ekspertlər deyirlər ki, fərdi yaşayış evlərinin, bağ evlərinin yüksək qiymətlərə təklif olunmasına səbəb adətən həm tikintisində istifadə olunan materiallar, həm də yerləşdiyi ərazi olur.

Belə qiymətləri xüsusilə dənizə yaxın yerləşən villalarda görmək mümkündür ki, bu da qiymətlərin mövsümi olaraq dəyişməsinə səbəb olur.

Busaat.az-ın xəbərinə görə, əmlak eksperti Ramil Osmanlı “Xəzər Xəbər”ə bildirib ki, sözügdən əmlak növü yayda sahiblərinə daha çox gəlir gətirdiyindən qiymətləri də 50 min manata yaxın artır. Hətta əmlakın dəyərinə görə bu rəqəm daha çox ola bilir.

O qeyd edib ki, dənizə yaxın olmasa da, şəhərin mərkəzi küçələrində də kifayət qədər böyük qiymətə təklif olunan fərdi yaşayış evləri var. Lakin fantastik görünsə də, onların qiyməti ötən dövrlə müqayisədə indi daha ucuz təklif olunur.

Ekspert əlavə edib ki, qiymət artımının olduğu dönəmdə sahibləri bahalı əmlaklarını sata bilmədiklərindən indi nisbətən aşağı məbləğə təklif edirlər. Ümumilikdə isə əmlak bazarında qiymətlər son 2 aydır stabil olaraq qalıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129819