Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.45 $▲1.12%
  • WTI neft86.63 $▲1.12%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.297 $▲2.61%
  • Qızıl4 056 $▼1.66%
  • Gümüş52.37 $▼1.64%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.00 ¢▲0.89%
  • Bitcoin73 687 $▼0.01%
  • Ethereum2 060 $▲0.46%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Kriminal

Bakıda ərinin öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO

image-1763116848_resize-60
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda ərinin baltalayaraq öldürdüyü Nəriminə Bədəlova vəzifəli şəxs imiş.

Busaat.az xəbər verir ki, o, bir sıra qurumlarda işləyib.

N.Bədəlova bir müddət Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində də eyni vəzifəni tutub. İcma ləğv edildikdən sonra “Qarabağa Dönüş” İctimai Birliyinin baş mühasibi kimi fəaliyyət göstərib.

N.Bədəlova əslən Şuşalıdır. Tanıyanlar onu çox mədəni, işgüzar, işində məsuliyyətli və mehriban insan kimi xarakterizə edirlər: “O qadın belə bir ölümə layiq deyildi. Özümüzə gələ bilmirik”.

N.Bədəlovanın həyat yoldaşı Yaşar Bədəlov uzun illər Rusiyada işləyib, bir neçə il əvvəl Azərbaycana qayıdıb. Burada şirkətlərdən birində mühafizəçi işləyirmiş.

Hadisənin motivinə gəlincə, iddialara görə, Yaşar Bədəlov yaşadıqları mənzili qardaşına bağışlamaq istəyirmiş. Nərminə Bədəlova isə bununla razı deyilmiş. Bir müddət əvvəl boşanan cütlüyün arasında sonuncu mübahisə də bunun üstündə olub.

Qeyd edək ki, hadisə noyabrın 10-da paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. 1956-ci il təvəllüdlü Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci ildə anadan olmuş Nərminə Bədəlovanı balta ilə qətlə yetirib. O, daha sonra özünü asaraq intihar edib.“Yeni Sabah”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=176449