Bakıda gəlini tərəfindən döyülən qadının son vəziyyəti açıqlanıb.
Busaat.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Xəzər Tibb Mərkəzindən bildirilib ki, 1966-cı il təvəllüdlü qadın ötən gün mərkəzinin Təcili tibbi yardım şöbəsinə daxil olub:
“Ona sağ bazu nahiyəsinin, sağ süd vəzinin qansızması və sağ bud-çanaq nahiyəsinin gərilməsi diaqnozu qoyulub. Xəstəyə müvafiq tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.