Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 205 $▲1.71%
  • Ethereum1 818 $▲2.83%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Bakıda həbs olunan casus Fransa gündəmində - Atasının müsahibəsi yayıldı

image-martin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa mətbuatının Parismatch.com, Lefigaro.fr, Europe1.fr, Francetvinfo.fr, Tf1info.fr və digər çoxsaylı KİV səhifələri Azərbaycanda casusluğa görə həbs olunmuş Martin Ryanın atası Riçard Ryanın Fransanın AFP (Agence France Presse) agentliyinə müsahibəsini yayımlayıb.

Busaat.az xəbər verir ki, o, oğlunun 2023-cü il dekabr ayının 4-də həbs olunduğunu bildirib.

“Oğlum mənə dedi ki, məndən “peşka” (piyada) kimi istifadə etmək istəyirdilər” qeyd edən Riçard Ryan oğlunun Fransa kəşiyyatı tərəfindən casusluğa cəlb edildiyini bildirib. O, oğlunun “Azərbaycandan qovulan iki diplomata eyham vuraraq, onların başqalarından fərqli olaraq öz canlarını qurtarmaq üçün aradan çıxmalarını” ifadə edib.

Eyni zamanda 9 yanvar 2024-cü ildə Fransanın “Magazine Nexus” yutub kanalında canlı intervyu verən erməni əsilli jurnalist Leo Nicolian da Fransa Kəşfiyyatını sərt tənqid edərək mülki şəxs olan Fransa sahibkarını həqiqətən istifadə edib, “şantaj” altında casusluğa məcbur edib Azərbaycanda həbsinə bais olduğunu bildirmiş, baş verənlərdə E.Makronu təqsirləndirmiş, onu şəxsi maraqlarla davranaraq mənasız birtərəfli mövqe qoyub səhv siyasət yürütməklə vəziyyəti daha da gərginləşdirməkdə, siyasi səriştəsizlikdə ittiham edib.

Canlı yayımlanan müsahibədə Martin Ryanın Fransa kəşfiyyatının sövq etdiyi məxfi görüşlərinə dair texniki sübut və dəlillərlə Azərbaycan təhlükəsizlik orqanı tərəfindən həbs edilərək fakt qarşısında qoyulduğu qeyd edilir.

Qeyd edək ki, Martin Ryanın həbsi barədə daha əvvəl Azərbaycan tərəfi rəsmi məlumat açıqlamamış, Fransa sosial şəbəkələrindən mətbuata məlumat yayıldıqdan sonra Azərbaycanın Fransadakı Səfirliyi faktı təsdiq etmiş, bu barədə diplomatik kanalla Fransa tərəfinə vaxtında məlumat verildiyi bildirilmişdir.

Bundan sonra, Franda rəsmiləri məsələdən xəbərdar olduqlarını Fransa ictimaiyyətinə etiraf etməli olub, 09.01.2024-cü ildə Fransa XİN məsələ ilə bağlı mövqe bildirib.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132358