Bakıda keçirilən beynəlxalq tədbirdə xarici ekspertlər maraqlı məqamlara toxunublar

image-deyirmi-masa-1tbackend

Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrdə iştirak edən xarici ekspertlər maraqlı və vacib çıxışları ilə iştirakçıların diqqətini çəkib.

Tədbirdə əvvəlcə “Mənim Tarixim” və “Qarabağda Urbisid” adlı videoçarxları nümayiş olunub.

Dinləmələr zamanı Ağ Ev Təqaüdləri üzrə Prezident Komissiyasının komissarı,  Aspen İnstitutunun Sokrat Proqramının icraçı direktoru və Diaspor Festivalının təsisçisi Karter Kordel, Plattsburqdakı Nyu-York Kolleci Dövlət Universitetinin vitse-prezidenti Vahab Lizi, Türkiyə Prezidentinin Təhlükəsizlik və xarici siyasət Komitəsinin üzvü, Nişantaşı Universitetinin professoru Güney Nurşin, Dona Gracia Mərkəzinin fəxri prezidenti, İqtisadi Sülh Mərkəzinin prezidenti, İsrailin keçmiş  peyk rabitəsi və kiber naziri Kara Ayub, Dr.Rupp Florian Hans-Heinrix, “Institut Choiseul”un baş direktoru, “AfrikiPresse”in baş redaktoru, “L’Afrique en marche Editorialiste”nin redaktoru, politoloq Qambotti Kristian, Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Qauen Maksim, Diplomatiya və Diasloq üzrə Beynəlxalq Şuranın direktoru və hökumət müşaviri Qozlan Erik Maks, İqtisadi Sülh Mərkəzinin  informasiya-xəbər saytının redaktoru, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi Avraham Reyçel Qolda, İsrail Akademiya Monitorunun direktoru Dr. Barnet Dana, Yəmən Yəhudiləri və İsrail Qəbilələri İrsinin Qorunması, Cəmiyyət və Mədəniyyət, Sənədləşdirmə və Tədqiqatlar üzrə Assosiasiyasının prezidenti Ben Şalom Yigal, jurnalist, geosiyasi analitik, Avropa Parlamentində Yaşıllar Partiyasının xarici əlaqələr üzrə keçmiş müşaviri Berqamaski Paolo, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Keyros Mendes Ceyhan Fabiana və başqaları çıxış ediblər.

 

Onlar müxtəlif ölkələrdə fəaliyyət göstərən beyin mərkəzləri və media ekspertlərinin paytaxt Bakıda bir araya gətirilməsinin Azərbaycan həqiqətlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Bu mühüm hadisənin uğurlu davamı üçün koordinasiya fəaliyyətinin gücləndirilməsi, media, təhsil və peşəkar mübadilə proqramları sahələrində güclü addımların atılmasının önəmi barədə təkliflər irəli sürülüb. Azərbaycan dövlətini apardığı siyasətə görə təbrik edən ekspertlər bildiriblər ki, işğaldan azad edilmiş ərazilərin yeni şəhərlərə çevrilməsi prosesi diqqətlə planlaşdırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90