Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.00 $▲0.62%
  • WTI neft86.43 $▲0.89%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.319 $▲3.30%
  • Qızıl4 043 $▼1.98%
  • Gümüş51.58 $▼3.13%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 628 $▼2.17%
  • Ethereum2 051 $▼3.82%
  • S&P 5007 515▼0.45%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Bakıda məktəb kollektivi Şuşaya səfər adıyla aldadılıb: 70 nəfərdən pul yığıb aradan çıxıblar

image-1653903072_jekgbtrg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllim aldadılıb.

Busaat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib.

Səfərə getmək üçün 70 nəfər müraciət edib və hərəsi bunun üçün 22 manat ödəyib.

Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Ə.Canızadəyə zəng çatmayıb.

Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər, deyilən tarixində, yəni, bu gün səhər saatlarında məktəbin qarşısında toplaşıb. Lakin əvvəlcədən səfər üçün vəd edilən nə avtobus gəlib, nə də həmin şəxsə zəng çatıb.

Aldadıldıqlarını başa düşən məktəbin rəhbərliyi ərazi üzrə polisə müraciət edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78406