Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti keçirilir

image-uccakbackend

Bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin “Azaraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) təşkilatçılığı ilə CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti işə başlayıb.

Busaat.az xəbər verir ki, iyunun 11-dən 13-nə kimi davam edəcək tədbirdə hava hərəkətinin təşkili sahəsində dünya liderləri və CANSO-nun (Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) Üzvləri təşkilatın gələcəyi üçün əsas məsələlərin müzakirəsində və vacib qərarların qəbul edilməsində iştirak edəcəklər.

Builki tədbirin mövzusu ekoloji dayanıqlılıq, xüsusilə İqlim dəyişikliyi ilə mübarizədir.

İştirakçılar karbon emissiyalarının azaldılması, qabaqcıl texnologiyaların tatbiqi, ekoloji cəhətdən daha təmiz uçuşlara nail olmaq üçün hava hərəkətinin idarə edilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Həmçinin, bu həftənin sonunda təşkilatın 28-ci İlk Ümumi İclası (AGM) keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki