Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.11 $▲1.45%
  • WTI neft88.95 $▲1.18%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.136 $▼0.73%
  • Qızıl3 866 $▼0.17%
  • Gümüş47.57 $▲0.14%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.50 ¢▼0.17%
  • Bitcoin64 456 $▼1.32%
  • Ethereum1 811 $▼1.27%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İqtisadiyyat

Bakıda yeni ünvanda söküntü - Sakinlərə kirayə pulu və mənzillər veriləcək

image-tikinti1-700x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda daha bir ərazidə söküntü işləri aparılır.

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Aşıq Alı küçəsindəki qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar plana düşüb.

Qəzalı binalar söküldükdən sonra yerində hündürmərtəbəli binaların inşaası nəzərdə tutulub.

Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar. İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin edilirlər.

Yeni inşa olunacaq binalardan mənzil istəməyən sakinlərə isə 1200-1500 manat arası kompensasiya təklif olunduğu deyilir.

Busaat.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən BAKU.WS-ə daxil olan məlumata görə, qurum tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ərəblinski, Aşıq Alı və M.Fətəliyev küçələrinin kəsişməsində layihələndirilən yaşayış və qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilib: “Hal-hazırda vətəndaşların razılığı ilə tikinti şirkəti tərəfindən sözügedən ünvanda köçürülmə prosesi davam edir.

Mənzilləri sökülən şəxslərə ödəniləcək kompensasiyanın həcmi rayon icra hakimiyyətinin iştirakı ilə vətəndaşlar və tikintini həyata keçirən şirkət arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hazırda Komitə tərəfindən həmin ünvanda hər hansı tikintinin aparılmasına icazə verilməyib”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128658