Bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi prosei həyata keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Azərbaycanda saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən qarşı tərəfə təhvil veriliblər.
Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində 32 erməni hərbçinin artıq vətəndə olduğunu yazıb.
KONKRET.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, təhvil verilən erməni hərbçilərin əvvəlcə ilkin tibbi müayinədən keçiriləcəyi, sonra evə buraxılacağı bildirilib.
Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə saxlanılıblar.
Azərbaycanın qarşı tərəfə təhvil verdiyi erməni hərbçilər aşağıdakılardı:
1. Avaqyan Hraç Arzumani
2. Avaqyan Serob Surenini
3. Avaqyan Tiqran Manuki
4. Avetisyan Vaqarşak Aşoti
5. Aramyan Karen Armeni
6. Bahrikyan Vahaqn Ediki
7. Bağdasaryan Artur Edvard
8. Gevorqyan Robert Hoviki
9. Dilanyan Arman Vazgeni
10. Yeqiazaryan Sasun Seyran
11. Tadevosyan Hrayr Vardani
12. Tosunyan Levon Aşoti,
13. İsanyan Aren Ara
14. Kirakosyan Eduard Armeni
15. Kostanyan Narek Ağasu
16. Akopyan Volodya Qaqiki
17. Harutyunyan Varazdat Seryozhai
18. Herabyan Hrayr Hrach
19. Hovaqimyan Harutyun Yuriki
20. Hovhannisyan Haykaz Koryuni
21. Qazaryan Karen Aşoti
22. Martoyan Manuk Hovhannes
23. Martirosyan Gevorq Samveli
24. Mikayelyan Andranik Vazgeni
25. Voskanyan Qaqik Aşot
26. Armavir Rafaelyan Vladimir
27. Saqatelyan Qriqor Seyran
28. Sarkisyan Şahzadə Aşot
29. Serobyan Qeqam Samveli
30. Sukiasyan Andranik Srapi
31. Stepanyan Davit Stepani
32. Vardanyan Arsen Arayiki