Balakəndə ağır qəza – yaralılar var

image-1703316868_qeza_gencebackend

Balakən rayonunun Talalar kəndi ərazisində Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu “VAZ-2107” toqquşub.

Busaat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ”dakı 4 sərnişin xəsarət alıb.

Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, birinin isə müalicəsi xəstəxanada davam etdirilir. Xəsarət alanlardan biri 1984-cü il təvəllüdlü Nuranə Əhmədovadır.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki