Bu il xalqımızın həm faciəsi, həm də qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunan 20 Yanvar hadisəsindən 35 il ötür.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” ictimai birliyinin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Busaat.az xəbər verir ki, birliyin sədri Bəhruz Məmmədzadə və birliyin üzvləri Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Onlar şəhid məzarlarına tər qərənfillər düzüb, şəhidlərin ruhuna rəhmət diləyiblər.