“Barselona”dan çətin səfər qələbəsi

image-9backend

Futbol üzrə İspaniya La Liqasında 25-ci turun mərkəzi qarşılaşması keçirilib.
Busaat.az xəbər verir ki, turun maraq doğuran görüşü “Ramon Sançes Pisxuan” stadionunda baş tutub.

Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən “Sevilya” doğma azarkeşlər önündə “Barselona” komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dembele və Messinin qolları ilə qələbə qazanan “Barselona”  xal ehtiyatını 53-ə çatdırıb və  turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 48 xalla dördüncü yerdə qalıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90