“Barselona”dan son 33 ilin ən pis startı

“Barselona”dan son 33 ilin ən pis startıbackend

Futbol üzrə İspaniya La Liqasının 12-ci turu çərçivəsində səfərdə “Kadis”lə qarşılaşan “Barselona” 1:2 hesabıyla məğlub olub.

Busaat.az  xəbər verir ki, Kataloniya təmsilçisi cari mövsümdə keçirdiyi 10 oyunda cəmi 4 qələbə və 2 heç-heçəyə imza atıb, 4 məğlubiyyətə üzülüb.

Komanda hazırda 14 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Bu, “Barselona”nın son 33 ildə mövsümə ən pis startıdır. Komanda sonuncu dəfə 1987/88 mövsümündə bundan da pis başlanğıca imza atıb. Həmin mövsümdə komanda 13 xallıq startla yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki