Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
10°Bakı
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
Hərbi

Baş Qərargah rəisi hərbi hissələrin döyüş hazırlığını yoxladı - Fotolar

Baş Qərargah rəisi hərbi hissələrin döyüş hazırlığını yoxladı - Fotolar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar. Bu barədə Busaat.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib. Baş Qərargah rəisi məşğələlərin təşkili və icrası ilə bağlı komandir heyətinin məruzələrini dinləyib. Bildirilib ki, bölmələrdə döyüş hazırlığı tədbirlərinin keyfiyyətli təşkilinə xüsusi diqqət yetirilir. Müasir döyüşün aparılması üsulları nəzərə alınmaqla plana uyğun keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin fərdi bacarığının və taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsinə yönəldilib. Müdafiə nazirinin birinci müavini komandir heyətinə məşğələlərin real döyüş şəraitinə uyğun keçirilməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən bölmələrimiz tərəfindən görülən cavab tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edən Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqinin təmin edilməsi ilə bağlı müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə çatdırıb.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=46662