Bayden süni intellekt barədə: “Münaqişələrin xarakterini dəyişə bilər”

image-168069596877104540642d62a0a4622backend

Süni intellekt və 3D çap kimi inkişaf edən texnologiyalar münaqişələrin xarakterini dəyişə bilər.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

ABŞ prezidenti Co Bayden Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində çıxış edib.

Rusiyanın təcavüzündən Çinlə rəqabətə, iqlim böhranından qida təhlükəsizliyinə və təbii fəlakətlərə qədər artan çətinliklərə işarə edən Bayden, dünyanın sürətlə dəyişdiyini ifadə edərək, süni intellektdəki yeni texnologiyalar və inkişaflara diqqət çəkib.

Süni intellekt və 3D çap texnologiyası kimi yeni yaranan texnologiyaların münaqişələrin mahiyyətini dəyişdirə biləcəyini ifadə edən Co Bayden, alimlərin süni intellektin insanların düşüncə tərzini məğlub edə biləcəyindən narahat olduğunu qeyd edib. Bayden buna görə də bu mövzuda “görüləcək çox şeyin” olduğunu vurğulayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90