Baydenin oğlu ilə bağlı araşdırma başlanıldıbackend

ABŞ-ın yeni Prezidenti Co Baydenin oğlu Hanter Bayden istintaqa cəlb edilib. Busaat.az  xəbər verir ki, o, vergidən yayınmaqda ittiham olunur.

H. Bayden mətbuata açıqlamasında vergilərinin araşdırıldığını bildirib. İstintaqın Delaver əyalətindəki federal prokurorlar tərəfindən həyata keçirildiyini söyləyən Hanter “Ədliyyə Nazirliyinin Delaverdəki ofisinin dünən vəkilimə ilk dəfə məlumat verdiyini və vergilərimlə bağlı bir araşdırma aparıldığını öyrəndim”,- deyə qeyd edib.

O, problemin qısa müddətdə xeyrinə həll olunacağını vurğulayıb.