Bayramov Mirzoyanla danışıqlar üçün ABŞ-yə getdi

image-ceyhun-1backend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında ABŞ-yə işgüzar səfərə yola düşüb.

XİN-dən Busaat.az-a verilən məlumata görə, səfər çərçivəsində dövlət katibi Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki