Bayraq, paltar, su satan şirkət bu dəfə də MİDA-ya jalüz satır… – Təfərrüat

image-mida-hovsan-2021backend

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Busaat.az  xəbər verir ki, tender müsabiqələrinin qalibi “Dostluq Servis” MMC (VÖEN- 1004119871) olub.

“Dostluq Servis” MMC isə MİDA-ya 41 min 994 manat dəyərində jalüz, 34 min 895 manat 70 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
Məlumat üçün bildirək ki, “Dostluq Servis” MMC 09.02.2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalının 200 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq pr., ev 187, m. 79 -da yerləşir. Şirkətin qanuni təmsilçisi Miriyev Famil Şamil oğludur.
Tenderin qalibi olan “Dostluq Servis”  MMC-nin adına ancaq qalib gəldiyi tender müsabiqələrində rast gəlmək mümkündür. Digər açıq internet resurslarda bu MMC-nin adına rast gəlmək mümkün deyil.
Bu MMC ilə bağlı diqqət çəkən məqam odur ki, əvvəllər müxtəlif dövlət qurumlarına fərqli sahələrdə xidmətlər göstərib və mallar satıb.
“Dostluq Servis” MMC…
– 11.03.2020 və 22.04.2021-ci il tarixli məlumata görə  11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinə 165 min manatlıq içməli su satıb.
– 17.08.2020-ci il tarixli məlumata görə  Diasporla İş üzrə Dövlət Komitəsinə 22 min 125 manat dəyərində milli rəqs paltarları satıb.
– 30.10.2020-ci il tarixli məlumata görə Təhsil Nazirliyinə 10 min 999 manat dəyərində dəvtərxana və təsərrüfat malları satıb.
– 06.11.2020-ci il tarixli məlumata görə Diasporla İş üzrə Dövlət Komitəsinə 11 min 925 manat dəyərində “Toner dolumu” xidməti göstərib.
– 09.12.2021-ci il tarixli məlumata görə Diasporla İş üzrə Dövlət Komitəsinə 64 min 750 manat dəyərində bağlı müxtəlif ölçülü Azərbaycan bayraqları satıb.
– 01.04.2022-ci il tarixli məlumata görə Şəhərsalma və Arxitektura Komitəsinə 59 min 424,5 manat dəyərində dəvtərxana və təsərrüfat malları satıb.
Onu da qeyd edək ki, “Dostluq Servis” MMC ilə eyni hüquqi unvanda, eyni tarixdə, eyni nizamnamı kapitalı ilə daha 2 şirkət – “Dostluq Konsaltinq” MMC və  “Anar Servis” MMC dövlət qeydiyyatına alınıb. Bu şirkətlər barəsində də açıq internet resurslarda heç bir məlumat mövcud deyil. Amma, “Dostluq Servis” MMC kimi  bu MMC-lər də müxtəlif vaxtlarda, müxtəlif dövlət qurumlarına, müxtəlif istiqamətlərdə xidmətlər təqdim ediblər.
–  28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 29 min 326 manat 30 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satıb.
– 28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 40 min 400 manat dəyərində hədiyyə xarakterli mallar satıb.
– 17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 4 min 999 manat 88 qəpik dəyərində “Çirkab suların daşınması” xidmətini göstərib.
– 17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 25 min manat dəyərində içməli və texniki su satıb.
– 23.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 4 nömrəli Respublika xüsusi internat məktəbinə 20 min 580 manat dəyərində içməli və texniki su satıb.
– 14.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzinə 19 min manat dəyərində içməli su satıb.
– 31.05.2021-ci il tarixli məlumata görə “Dostluq Konsaltinq” MMC Şəhərsalma və Arxitektura Komitəsinə 48 min 990,5 manat dəyərində dəvtərxana və təsərrüfat malları satıb.
– 31.05.2021-ci il tarixli məlumata görə “Dostluq Konsaltinq” MMC Şəhərsalma və Arxitektura Komitəsinə 5 min 24 manat dəyərində “Kondisionerlərin cari təmiri” xidmətləri göstərib.

Yeniavaz.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90