Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.54 $▼0.97%
  • WTI neft85.46 $▼0.25%
  • Avropa qazı (TTF)83.97 €▲1.99%
  • Təbii qaz (ABŞ)3.245 $▲1.00%
  • Qızıl4 052 $▼1.77%
  • Gümüş51.96 $▼2.42%
  • Pambıq78.30 ¢▼0.58%
  • Buğda586.25 ¢▼0.42%
  • Bitcoin74 507 $▼1.00%
  • Ethereum2 082 $▼2.35%
  • S&P 5007 538▼0.14%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

BDYPİ: Bu il ötmə qaydalarının pozulması nəticəsində 470 yol qəzası olub

image-iprqlxt98fsx8dn3frrdld2re6yozmlqytoc5gri_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin 11 ayı ərzində qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması ilə bağlı ölüm və xəsarətlə nəticələnən 470 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Busaat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Qeyd olunub ki, bu fakt ağır nəticəli yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sırasında ötmə və manevretmə qaydalarının pozulmasının xüsusi yer tutduğunu göstərir:

“Qarşı hərəkət zolağına düşünülməmiş şəkildə çıxmaq, yolun görünüş məsafəsini və hərəkətin intensivliyini düzgün qiymətləndirməmək, tələskənlik, eləcə də sürücünün özünə həddindən artıq güvənməsi qısa zaman ərzində ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Bu cür qayda pozuntuları əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri ilə toqquşma, avtomobilin idarəetmədən çıxaraq aşması, eləcə də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükənin yaranması ilə nəticələnir”.

BDYPİ sürücülərin diqqətinə çatdırır ki, ötmə və manevretmə zamanı qarşıdan gələn nəqliyyat vasitəsinə olan məsafə real qiymətləndirilməli, yolun vəziyyəti və hava şəraiti mütləq nəzərə alınmalı, sükan arxasında səbir, diqqət və məsuliyyət nümayiş etdirilməlidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178001