Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.87 $▼0.20%
  • WTI neft83.62 $▲0.76%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.791 $▲17.33%
  • Qızıl3 539 $▲0.17%
  • Gümüş41.08 $▼0.68%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin56 288 $▼4.29%
  • Ethereum1 562 $▼3.54%
  • S&P 5006 910▼3.72%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Dünya

BƏƏ Livandakı səfirliyini yenidən açmağa hazırlaşır

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamada Beyrutdakı səfirliyi yenidən açmaq üçün hazırlıqlar çərçivəsində Livana nümayəndə heyətinin göndərildiyi bildirilib.

Busaat.az xəbər verir ki, BƏƏ prezidenti Məhəmməd bin Zayedin Livan prezidenti Cozef Avn ilə telefon danışığından sonra bu istiqamətdə göstəriş verdiyi qeyd olunan açıqlamada “Səfirliyin yenidən açılması iki ölkə və dost xalqlar arasındakı dostluq əlaqələrini əks etdirir” ifadəsinə yer verilib.

Xatırladaq ki, rəsmi Əbu-Dabi Livanın informasiya naziri Corc Kardahinin 2021-ci ilin oktyabrında Yəmənlə bağlı Səudiyyə Ərəbistanını tənqid edən açıqlamalarından sonra Beyrutdakı diplomatlarını geri çağırmış və vətəndaşlarının Livana səyahət etməsini qadağan etmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156393