Bekhem DÇ-2022-nin siması olacaq və 150 milyon qazanacaq

image-154905_mtb6q6vyiibackend

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.

Busaat.az “The Sun”a istinadən xəbər verir ki, əməkdaşlıq barədə gələn ay məlumat veriləcək. Bekhem ildə 15 milyon funt sterlinq (təxminən 18 milyon avro) qazacağı razılaşmaya müsbət cavab verib. Tərəflər arasındakı razılaşma 10 il müddətinə hesablanacaq və bu müddət ərzində Bekhem Qətər səfiri olacaq.  Bu isə o deməkdir ki, Behkem 10 ilə 150 milyon funt sterlinq qazanacaq.

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr – 18 dekabrda keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90