
Belarusiya Ukraynaya qoşun göndərməyi planlaşdırmır - Lukaşenko
“Belarusiya Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatında iştirak etmir”.
Busaat.az xəbər verir ki, bu barədə Belarusiya prezidenti Aleksandr Lukaşenko bildirib.
“Mən artıq min iki yüz dəfə demişəm ki, mənim belə planlarım yoxdur. Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edən Belarusiya vətəndaşları hakimiyyət əleyhdarları tərəfindən ora göndərilib. Belarusiya hərbi qulluqçuları əməliyyatda birbaşa iştirak etmir. Minskin məqsədi ölkəyə hər hansı zərbə endirilməsinin qarşısını almaqdır. Belarusiya digər ölkələrin vətəndaşlarına, o cümlədən qaçqınlara da tibbi və humanitar yardım göstərir” –deyə, Luqaşenko əlavə edib.
Busaat.az























