Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.25 $▲1.59%
  • WTI neft89.04 $▲1.29%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.118 $▼1.30%
  • Qızıl3 858 $▼0.38%
  • Gümüş47.32 $▼0.39%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.50 ¢▲0.34%
  • Bitcoin64 639 $▼1.03%
  • Ethereum1 816 $▼1.02%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Bələdiyyə sədrləri ilə sahibkarlar cərimələndi

image-1700225504_655760ddf0bf0655760ddf0bf11700225245655760ddf0beb655760ddf0bed
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Zaqatala və Göyçay rayonlarında sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Busaat.az verilən məlumata görə, rayon polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Zaqatala rayonunun Mosul və Çobankol, Göyçayda isə şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı kəndlərin bələdiyyə sədrləri, Göyçayda isə iki sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

Həmçinin, Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128254