Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.92 $▼3.84%
  • WTI neft81.79 $▼3.48%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.384 $▲7.02%
  • Qızıl3 713 $▼1.95%
  • Gümüş44.76 $▼2.30%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda583.25 ¢▼3.63%
  • Bitcoin62 982 $▲0.00%
  • Ethereum1 780 $▲0.31%
  • S&P 5007 324▼0.23%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ben Kross 72 yaşında vəfat etdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

1981-ci ildə “Odlu cəng arabaları” filmi ilə dünya şöhrəti qazanan ingilis aktyor Ben Kross 72 yaşında vəfat edib.

Busaat.az xəbər verir ki, bu barədə onun qızı Loren aktyorun feysbuk səhifəsində məlumat verib. Bildirilib ki, Kross qısa müddət əvvəl başlayan xəstəlik səbəbindən son günlərdə vəziyyəti kəskin pisləşdiyinə görə dünyasını dəyişib. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Ben Kross bu yaxınlarda 2021-ci ildə premyerası planlaşdırılan “Şeytanın işığı” filminin çəkilişlərini başa vurub. Həmçinin onun 2020-ci ildə premyerası gözlənilən “Sevgilindən son məktub” filminin baş rolunu canlandırdığı bildirilib.

Kross 2012-ci ildə “Odlu cəng arabaları” filmi haqqında danışarkən “bu cür filmlər həyatınızı peşəkar baxımdan dəyişdirir” deyə bildirmişdi. Onun sözlərinə görə, bundan sonra 80-90 layihədə iştirak etsə də, onlardan heç biri uğur qazana bilməyib.

O, “Odlu cəng arabaları” filmində 1924-cü il Olimpiadasının qaçış yarışlarında ölkəsini təmsil edən Kembric tələbəsi Harold Abrahamsın rolunu canladırıb. Film ən yaxşı görüntü, ssenari, orijinal film musiqisi və ən yaxşı geyim nominasiyalarında “Oskar” mükafatına layiq görülüb. Bundan əlavə, film “BAFTA” və “Qızıl Qlobus”  mükafatlarını da qazanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=15942