Benzemaya həbs cəzası verildi

image-156237_biuarn21mobackend

Versal Cinayət Məhkəməsinin “Real”ın futbolçusu Kərim Benzemanın Fransa millisindəki Matyo Valbuenanı şantaj etməsi ilə bağlı qərarı məlum olub. 

Busaat.az “RMC Sport”a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu 10 ay müddətinə azadlıqdan şərti məhrum edilib. Həmçinin o, 75 min avro məbləğində cərimələnib.

Benzema yığmadakı sabiq komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılmışdı. Daha sonra o, Avro-2020-yə görə yenidən milliyə çağırılıb.

Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90