Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.76 $▲0.06%
  • WTI neft88.36 $▼0.03%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.311 $▼1.02%
  • Qızıl3 905 $▼0.33%
  • Gümüş49.86 $▼0.79%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda591.50 ¢▲0.13%
  • Bitcoin67 998 $▼4.73%
  • Ethereum1 905 $▼5.56%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

Bərbərxanalar və gözəllik salonları həftədə bir gün işləməyəcək – Nazirlikdən YENİ QƏRAR

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə bərbərxanalar və gözəllik salonları həftədə bir gün bağlı olacaq.

Busaat.az bildirir ki, bu barədə ölkənin Ticarət nazirliyi qərar verib. Sözügedən qərarın 1 oktyabr 2022-ci il tarixindən etibarən icrasına başlanılacaq.

Nazirliyin Türkiyə Bərbər və Gözəllik Salonu Operatorları Federasiyasının tələbi ilə bu addımı atdığı qeyd olunub.

Məlumata görə, obyektlərin həftənin hansı günü bağlanacağı, sektoru təmsil edən peşəkar təşkilatların fikirləri də alınaraq, hər bir bölgənin dinamikası daxilində valilər tərəfindən müəyyən ediləcək.

Bildirilib ki, bərbərlərin və gözəllik salonlarının eyni gündə bağlanması məcburi deyil:

“Bu qərarla bərbərxana və gözəllik salonunun işçilərinə həftədə ən azı bir gün istirahətə icazə verilir. Məqsəd bu yolla onların psixi və fiziki sağlamlığının qorunmasına, motivasiyanın, performansın və xidmət keyfiyyətinin artırılmasına, daha da əhəmiyyətlisi, ailə və sosial əlaqələrin gücləndirilməsinə töhfə verməkdir”.

Həmçinin qeyd olunub ki, bağlanma qərarı heç bir ayrı-seçkiliyə yol verilmədən bütün müəssisələrə bərabər şəkildə tətbiq ediləcəyi üçün haqsız rəqabət və müəssisələrin iqtisadi itkisinin qarşısı alınır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83991