Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 415 $▲2.04%
  • Ethereum1 833 $▲3.65%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Analitika

"Beşli"yə çevrilən "altılı masa": Kılıçdaroğlu Ərdoğana məğlub olacaq

image-62096f1b4e3fe004580d05ec
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə vaxtı dəyişdirilərək mayın 14-ə təyin edilən prezident seçkiləri ərəfəsində müxalifətin əsas partiyalarının birləşərək formalaşdırdığı “altılı masa”da çalxalanma müşahidə olunur.

Çılpaq gözlə kənardan prosesslərə nəzər saldıqda, istər iqtidar, istərsə də, ana müxalifətin xalqın problemlərindən çox liderlərin “duel”inə hazırlaşdığını görə bilərik. İllərdir iqtidarı sərt şəkildə tənqid edən, fikir, söz və seçim azadlığını təbliğ edən Cümhuriyyet Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunun bu seçkilərdə xalqın və müxalif düşərgənin demək olarki 90% namizəd görmək istədiyi liderlərdənsə, özünü ön plana çəkməsi, hər çıxışında haqqında bəhs etdiyi dəyərlərin təbliğində qeyri-səmimi olmasının təsdiqi olacaq.

Bunun üstünə seçkilərdə məğlubiyyət ehtimalını da gəlsək, onda CHP liderinin xalq qarşısında hansı vəziyyətə düşəcəyini təsəvvür etmək heç də çətin deyil. CHP lideri sol yönümlü olmayan müxalif insanlarda özüylə yanaşı, partiyaya qarşı inamsızlığın yaranmasına səbəb olacaq. İlk dəfədir ki, dindar və milliyyətçi kəsimin əhəmiyyətli dərəcədə böyük qismi müxalifətlə eyni düşünürdü və özləri üçün tarixi fürsət adlandırdıqları hazırki situasiya Kılıçdaroğlunun şəxsi ambisiyasına görə əldən çıxmaqdadır.

İllərdir prezident seçkilərinə çıxardığı namizədlərin uduzması, CHP liderinə dərs olmayıb. Bu dəfə də sanki siyasi həyatının son gedişini edirmiş kimi, özü üzbəüz Rəcəb Tayyib Ərdoğana qarşı vuruşacaq. Kemal Kılıçdaroğlu bəlkə də düşünür ki, xalqın ağır iqtisadi vəziyətlə qarşı-qarşıya qalması, əlavə olaraq zəlzələ səbəbindən dolayı vətəndaşların böyük bir qisminin hökümətə qarşı qəzəbli olması ona qələbə qazandıracaq. İşi ehtimallara buraxmaq isə türkiyəlilərin sözü olmasın, “öz ayağına sıxmaq” demədir.

Türkiyə xalqı kənardan sekulyar, avropalaşmış görünsə də, böyük qismi yetərincə konservativ və mühavizəkardır. Cümhuriyyət Xalq Partiyası Türkiyənin bütün müxaliflərini bir masa ətrafında birləşdirsə belə, bütün prezident seçkilərində olduğu kimi, bu dəfədə CHP-yə şans tanımayacaqlar.

Xətai Azayev / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102833