Beynəlxalq Atom Enerjisi Agentliyinin qərarına cavab verəcəyik – İran

image-62bbf58b2491762bbf58b24918165648525962bbf58b2491362bbf58b24915backend

 İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahyan ölkəsinin nüvə fəaliyyətlərinə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətində Tehrana qarşı qəbul edilən qərarın “siyasi” olduğunu və bu qərara cavab verəcəklərini bildirib.

Busaat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

İran Xarici İşlər Nazirliyi və Atom Enerjisi Agentliyindən ibarət nümayəndə heyətinin iki həftə əvvəl Vyanaya getdiyini və Tehranla MAQATE arasında güclü əməkdaşlıq mövzusunda razılığa gəldiyini xatırladan Abdullahyan qeyd edib: “Buna baxmayaraq, ABŞ və üç Avropa ölkəsi İrana maksimum təzyiq göstərir. Onlar ətraf mühitə təsir etmək və ikiüzlü siyasətini davam etdirmək üçün İrana qarşı qətnaməni masaya qoydu və növbəti dəfə Agentlikdən sui-istifadə etdilər”.

MAQATE-nin “qeyri-konstruktiv qərar” qəbul etdiyini bildirən Abdullahiyan, “Beynəlxalq Atom Enerjisi Agentliyinin İrana qarşı apardığı işlər Agentliyin statusundan sui-istifadə və onun funksiyalarının siyasiləşdirilməsidir. Beynəlxalq hüquqa və beynəlxalq hüquq normalarımıza sadiq qalaraq, biz bu qərarlara cavab verəcəyik və təsirli tədbirlər görəcəyik” – deyə, iranlı diplomat əlavə edib.

Ölkəsindəki etirazlar zamanı baş verən silahlı hücumlara da toxunan Abdullahyan bu hücumları ABŞ və 3 Avropa ölkəsinin İrana göstərdiyi maksimum təzyiq istiqamətində qiymətləndirdiklərini bildirib. Daha sonra çıxış edən Abdullahiyan xarici hərbi qüvvələrin bölgədə olmasını Fars körfəzi və Ərəbistan dənizində regionun sülh, sabitlik və enerji təhlükəsizliyinə təhdid olaraq gördüklərini bildirib.

İran və MAQATE arasındaki gərginliyin səbəbi

İranda MAQATE-yə bildirilməyən 3 yerdə nüvə tapıntılarının aşkarlanması və sözügedən nüvə tapıntıları ilə bağlı Tehran rəhbərliyinə ünvanlanan suallara cavab verilməməsi tərəflər arasında gərginliyə səbəb olub.

Agentlik Tehranın bu üç yerlə bağlı bəyanatını texniki cəhətdən inandırıcı saymayıb. Bundan sonra MAQATE-nin İcraiyyə Şurası iyunun 8-də İran əleyhinə qərar qəbul edib.

Daha sonra İran iyunun 9-da Birgə Hərtərəfli Plan adlı nüvə razılaşması çərçivəsində bu ölkənin nüvə proqramını izləmək üçün Agentliyin istifadə etdiyi müxtəlif avadanlıqları, xüsusilə də kamera sistemlərini çıxarmağa başladığını açıqlayıb.

İran noyabrın 2-də MAQATE ilə fikir ayrılıqlarını azaltmaq üçün Vyanaya nümayəndə heyəti göndərib.

Noyabrın 17-də MAQATE-nin İcraiyyə Şurası tərəfindən səsə qoyulan və 35 ölkədən 26-nın səsini toplayan yeni qətnamə qəbul edilib. Bu qətnamədə görə, İranda 3 yerdə uran izlərinin olması ilə bağlı tapıntıların olduğu və bu barədə dərhal izahat verməyə çağırılıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki