Beynəlxalq Ədalət Məhkəməsindən Laçın yolu QƏRARI

Beynəlxalq Ədalət Məhkəməsindən Laçın yolu QƏRARIbackend

Beynəlxalq Ədalət Məhkəməsi elan edib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya (IAOKIS) üzrə öhdəliklərə uyğun olaraq, Azərbaycan Laçın yolunun hər iki istiqamətində hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyini təmin edəcək.

Busaat.az xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Ermənistan və Azərbaycan arasında Laçın yolunda davam edən böhranla bağlı qərarını açıqlayıb.

Hakim Coan Donoqunun elan etdiyi qərarda qeyd olunub: “Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanmış üçtərəfli bəyannamədə ifadə edildiyi kimi, Laçın dəhlizi Dağlıq Qarabağla Rusiya Federasiyası sülhməramlılarının nəzarətində olan Ermənistan arasında əlaqəni təmin edəcək. Azərbaycan Laçın dəhlizinin hər iki istiqamətində hərəkət edən insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verəcək”.

Bildirilib ki, qərar “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyadan (IAOKIS) irəli gələn öhdəliklərə uyğun olaraq qəbul edilib.

Digər tərəfdən, məhkəmə Ermənistanın “Azərbaycanın Dağlıq Qarabağda sakinlərin təbii qazını və digər xidmətlərini kəsdiyi” iddialarının kifayət qədər əsasa söykənmədiyini bildirərək, heç bir sanksiya tətbiq olunmayacağını bəyan edib.

Yekun nəticə elan olunana qədər qüvvədə olacaq yeni qətnamələr 2 əleyhinə 13 səslə qəbul edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki