Beynəlxalq iqtisadi böhran QAPIDA: “Ən çox sıxıntı olan sahələr qida və enerjidir”

image-rusiya_ukrayna1backend

“Ən çox zərər çəkən Ukrayna, ən qazanclı tərəf isə müəyyən qədər Amerika oldu”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsinin beynəlxalq aləmə iqtisadi təsirlərinə toxunan politoloq Elman Vəliyev Busaat.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, Rusiya iqtisadi təzyiqlərə davam gətirə bilsə də, bunun çox uzunmüddətli olacağı gözlənilmir:

image-fgulcegwyamdmvj

“Bu müharibəni hərbi müharibə ilə yanaşı, iqtisadi müharibə də adlandıra bilərik. Dünya iqtisadi çətinliklərlə üz-üzədir. Avropada qazın qiymətləri, Amerikada benzinin qiyməti bahalaşmaqdadır. Bu vəziyyət Türkiyədə də hökm sürür. Suriya, Əfqanıstan qaçqınları ilə yanaşı, indi də Ukrayna qaçqınları anlayışı mövcuddur. Son zamanlarda dünya miqrant problemi yaşayır. Rusiyanın iqtisadiyyatı görmədiyi sanksiyaları gördü. Rusiya qida ehtiyatını sağlama almaq üçün taxıl məhsullarının ixraclarına məhdudiyyətlər tətbiq edir. Rusiya bu üsullarla özünü bir müddət idarə edə bilər. Rusiya ilə yanaşı, Avropa da narahatlıq içərisindədir. Enerji problemi qapılarını döyməkdədir. Məhz bu üzdən Avropa İttifaqı Azərbaycandan qaz idxalını artırmağa çalışır. Azərbaycan üçün iqtisadi böhran gözlənmir. Taxıl idxalı cəhətdən müəyyən çətinliklər ola bilər, ancaq o da müvəqqəti xarakter daşıyar. Azərbaycanın öz enerji resurslarını baha qiymətə satmaq şansına malikdir ki, bu da Azərbaycan iqtisadiyyatı üçün müsbət haldır.

Hələlik mövcud olan vəziyyəti iqtisadi böhran kimi qiymətləndirməməliyik. Dünya 1929-1933-cü illər arasındakı bir böhranın analoqunu yaşamır. Ən çox sıxıntı olan sahələr qida və enerjidir. Enerji daha üstündür. Bu dəyərləndirmə qida çatışmazlığı yaşayan yoxsul əraziləri şamil deyil. Onların problemi zatən bəllidir.
Müharibənin uzunmüddətli olacağını zənn etmirəm. Lakin müharibə bitsə belə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bir dəfəlik aradan qalxmayacaq. Bu konfliktdə hər kəs müəyyən qədər ziyan gördü. Ən çox zərər çəkən Ukrayna, ən qazanclı tərəf isə müəyyən qədər Amerika oldu”.

Busaat.az

Günay

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90