Bezosun sərvəti yenə rekord qırdıbackend

Dünyanın ən zəngin insanı, “Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos öz rekordunu yeniləyib. Onun sərvəti bir gündə 7,2 milyard dollar artıb. Busaat.az xəbər verir  ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. 

Bezosun kapitalı 197,8 milyard dollar məbləğində qiymətləndirilib. Son 40 ildə “Forbes”in milyarderlərin sərvətlərinin hesablanmasında heç vaxt belə göstərici qeydə alınmayıb. Belə bir rekord, ilk növbədə, 18 avqust tarixində “Amazon” səhmlərinin dörd faiz artması ilə bağlıdır.

Ekspertlərin fikrincə, Bezos artıq 2026-cı ildə dünyada ilk trilyoneri ola bilər.