Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 705 $▲0.93%
  • Ethereum1 809 $▲2.30%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Bir şəxs gündə nə qədər dollar dəyişə bilər? - VİDEO

image-dollar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Mərkəzi Bankının yeni qəbul etdiyi qərarla valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərin nizamnamə kapitalının minimum miqdarı müəyyən edilib və bu zaman bölgələr üzrə diferensiallaşdırma aparılıb.

Həmin tələbi ödəyənlər lisenziyalaşdırılacaq və fiziki şəxslərə, turistlərə xidmət göstərə biləcəklər.

Busaat.az xəbər verir ki, Mərkəzi Bankın şöbə rəisi Xəyyam İsmayılov Xəzər TV-yə bildirib ki, fiziki şəxslər valyutadəyişmə məntəqəsində şəxsiyyət vəsiqəsi təqdim etmədən 500 ABŞ dolları ala biləcəklər. Bəs bir vətəndaş gün ərzində müxtəlif məntəqələrdən şəxsiyyət vəsiqəsi təqdim etmədən, ayrı-ayrılıqda 500 dollar dəyərində valyuta dəyişə bilərmi?

Xəyyam İsmayılov deyib ki, əgər fiziki şəxs il ərzində 20 min manatdan artıq əməliyyat həyata keçirirsə, bu zaman ona münasibətdə müştəri uyğunluğu tətbiq ediləcək.

Onun sözlərinə görə, bir valyuta məntəqəsinin bir fiziki şəxslə gündəlik valyuta mübadiləsinin həddi isə maksimum 20 min manat və ona ekvivalent məbləğdədir.

Qeyd edək ki, qanunun bu tələblərinə uyğun olaraq ölkədə 5 valyuta mübadilə məntəqəsi müstəqil formada fəaliyyət göstərir. Növbəti vaxtlarda bu sayın artacağı ehtimal edilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=131840