Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.17 $▼3.57%
  • WTI neft82.28 $▼2.90%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.376 $▲6.77%
  • Qızıl3 757 $▼0.78%
  • Gümüş45.66 $▼0.33%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.00 ¢▼3.02%
  • Bitcoin62 912 $▲1.09%
  • Ethereum1 781 $▲1.06%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

BMT-nin Baş katibi mülki əhali ilə bağlı məsələdən narahatdır

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistanla Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həlli üçün səylərini artırmağa çağırırıq”.

Busaat.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Atonio Quttereş açıqlama yayıb. Onun açıqlamasını mətbuat katibi Stefan Düjarrik mətbuata çatdırıb:

“Baş katib tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə razılaşdırdıqları əvvəlki öhdəliklərini yerinə yetirməyə, vicdanla və təcili olaraq konkret tədbirlər görməyə çağırır. O, tərəfləri konstruktiv dialoqa davam etməyə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin köməyi ilə münaqişənin sülh və davamlı həlli üçün səyləri artırmağa çağırır”, – deyə bəyanatda qeyd olunub.

Mətbuat katibi Quttereşin davam edən hərbi əməliyyatların mülki əhaliyə təsir etdiyi barədə xəbərlərdən ciddi şəkildə narahat olduğunu bildirib.

“O, bütün bu cür hücumları qınayır və beynəlxalq hüquq normaları çərçivəsində həyatları xilas etmək və mülki şəxsləri qorumaq, eləcə də hərbi əməliyyatlar zamanı mülki infrastrukturu qorumaq üçün mümkün olan bütün tədbirləri görməyə borclu olduqlarını təkrarlayır”, -deyə Düjjarik qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=23205