
BMT Rusiyanın “çirkli bomba” iddiasını araşdırmaq tələbini RƏDD ETDİ
Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ və Ukraynanın “çirkli bomba” istifadə etməyə hazırlaşdığına dair iddiaların araşdırılması tələbini rədd edib.
Busaat.az xəbər verir ki, bu barədə qərar BMT Təhlükəsizlik Şurasında qəbul edilib.
Belə ki, Rusiyanın Ukraynada “hərbi bioloji fəaliyyət” iddialarının araşdırılması çağırışı səs çoxluğu ilə rədd edilib.
Şurada sözügedən çağırışa ABŞ, İngiltərə və Fransanın əleyhinə səs verdiyi, qalan 10 üzvün bitərəf qaldığı, yalnız Rusiya və Çinin lehinə səs verdiyi bildirilib.
Rusiyanın “çirkli bomba” iddiası
Rusiya Müdafiə naziri Sergey Şoyqu Ukraynanın “çirkli bomba” istifadə etməyə hazırlaşdığını iddia edib və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bu ölkədə radioaktiv bomba istehsal edən texnologiyaya malik qurğuların olduğunu bildirib. Şoyqu Türkiyə, ABŞ, Fransa və Britaniyalı həmkarları ilə görüşlərdə də çirkli bomba iddialarını dilə gətirib.
Qərb ölkələri, xüsusən də Ukrayna Rusiyanın iddialarını birmənalı şəkildə rədd edərkən, Kiyev administrasiyası Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) öz ölkəsindəki obyektləri yoxlamağa çağırıb.
Busaat.az























