
BMT Təhlükəsizlik Şurası Şimali Koreyanı müzakirə edəcək
BMT Təhlükəsizlik Şurası Şimali Koreyanı müzakirə edəcək.
Busaat.az xəbər verir ki , BMT təşkilatının açıqladığı cədvələ əsasən, BMT Təhlükəsizlik Şurası noyabrın 21-də Şimali Koreya ətrafında vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, Şimali Koreya cümə günü səhər saatlarında qitələrarası raket sınağı keçirib. Raket dik trayektoriya ilə təxminən 1000 kilometr uçaraq maksimum 6000 kilometr yüksəkliyə qalxıb və Yaponiyanın əsas iqtisadi zonası daxilində Hokkaydo adasından təxminən 200 kilometr qərbə sıçrayıb.
Busaat.az























