Bolqarıstanda Ukrayna taxılının idxalına qoyulan qadağa aradan qaldırılacaq

image-bolqaristanbackend

Bolqarıstan Milli Məclisi sentyabrın 15-dən Ukrayna taxılının idxalına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Busaat.az-ın məlumatına görə, bu barədə ölkə parlamentindən bildirilib.

Qanun layihəsinə 124 deputatın “hə” səsi, 69 deputatın isə “xeyr” səsi verilib. 8 deputat səsvermədə bitərəf qalıb.

Bolqarıstanın Ukrayna ilə həmrəyliyini təsdiq edən qanun layihəsində Ukrayna buğdası, qarğıdalı, kolza və günəbaxan toxumlarına qoyulan qadağanın sentyabrın 15-dən götürülməsi nəzərdə tutulur.

Digər tərəfdən layihədə bu qərarın Bolqarıstanın kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinə xələl gətirməyəcəyi vurğulanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90