Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft92.29 $▲1.10%
  • WTI neft85.88 $▲0.72%
  • Avropa qazı (TTF)89.97 €▲3.15%
  • Təbii qaz (ABŞ)3.274 $▲0.18%
  • Qızıl3 942 $▼0.97%
  • Gümüş50.96 $▼0.91%
  • Pambıq82.88 ¢▲0.66%
  • Buğda595.50 ¢▼1.00%
  • Bitcoin72 712 $▼1.64%
  • Ethereum2 015 $▼1.89%
  • S&P 5007 619▲1.29%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

“Boris Conson NATO-nun yeni Baş katibi ola bilər” - “The Telegraph”

image-boris
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hazırda Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Boris Conson NATO-nun yeni Baş katibi ola bilər.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “The Telegraph” qəzeti yayıb.

Bildirilir ki, Boris Consonun istefadan sonra vəzifəsiz qalması real görünmür.

“Boris Consonun NATO-nun Baş katibi postuna namizədliyini irəli sürməsini müdafiə üzrə komitənin üzvləri Riçard Draks və Mark Fransua, eləcə də Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə keçmiş nazir Devid Cons dəstəkləyir”, – deyə məlumatda qeyd olunub.

Həmçinin qəzet yazır ki, ukraynalı deputatlar və Mühafizəkarlar partiyasından olan millət vəkilləri bu ideyanı dəstəkləyir.

Xatırladaq ki, Boris Conson iyulun 7-si Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar partiyasının lideri vəzifəsindən istefa verib. Bununla belə, Conson yeni Baş nazir və partiyaya yeni sədr seçilənə qədər öz səlahiyyətlərini icra etməyə davam edəcək.

NATO-ya gəldikdə isə, alyansa hazırda Yens Stoltenberq rəhbərlik edir. O, bu vəzifəyə 2014-cü ildə 5 il müddətinə təyin olunsa da, 2019-cu ildə onun mandatı 2022-ci ilin oktyabr ayına qədər uzadılıb. Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başladıqdan sonra, NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü ilin sentyabrın 30-na qədər bu vəzifədə qalmasına dair qərar qəbul ediblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82257