Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.45 $▲0.01%
  • WTI neft86.23 $▼0.47%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.249 $▼1.28%
  • Qızıl3 986 $▼1.67%
  • Gümüş51.33 $▼2.28%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin73 954 $▼0.53%
  • Ethereum2 056 $▼0.75%
  • S&P 5007 619▲1.29%
9°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Boşanaraq 326 milyon avro mənimsədi

image-254528
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir qadının dul maaşı ala bilmək üçün eyni şəxslə 43 il ərzində tam 12 dəfə boşanıb yenidən evləndiyi və bu yolla ölkənin pensiya sistemindən 326 min avro mənimsədiyi aşkar edilib.

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Avstriyada olub.

Məlumata görə, qadın ilk dəfə 1981-ci ildə həyat yoldaşını itirdikdən sonra dövlətin təmin etdiyi dul maaşını almağa başlayıb. Daha sonra özündən bir neçə yaş kiçik bir şəxslə evlənib, lakin bir müddət sonra “aralarındakı problemlər” səbəbilə boşanıb. Bu hadisədən sonra eyni şəxslə təkrar-təkrar evlənib boşanaraq hər dəfə dövlətin pensiya fondundan əlavə ödənişlər alıb.

Rəsmi araşdırmalar göstərib ki, bu müddət ərzində cütlük əslində birlikdə yaşamağa davam edib və boşanmalar sadəcə qanunlardakı boşluqlardan istifadə etmək üçün həyata keçirilib. Avstriya qanunlarına əsasən, qadın hər boşandıqdan sonra dul maaşı almağa davam edir və hər yeni evlilik üçün əlavə maddi yardım tələb edə bilirdi.

Məsələ Avstriyanın Ali Məhkəməsində araşdırıldıqdan sonra dələduzluq hərəkətləri üzə çıxıb. Məhkəmə bu davranışın hüquqi boşluqlardan sui-istifadə olduğunu təsdiqləyib. Bundan sonra polis cütlüyə qarşı “ciddi dələduzluq” ittihamı ilə cinayət işi açıb.

Hazırda bu qeyri-adi işin təfərrüatları ilə bağlı istintaq davam edir.

 

Zeyd Bağırzadə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155567