Bosforda gəmilərin hərəkəti bərpa olundu

image-bosforbackend

İstanbulun Bosfor boğazında gəmilərin hərəkəti bərpa olunub.

“Qafqazinfo” “NTV” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Sahil Mühafizə Xidməti yayıb.

Xatırladaq ki, Ukraynadan İtaliyaya üzən 173 metr uzunluğa sahib “Lady Zehma” yük gəmisi Türkiyədə qəzaya düşüb. Gəmi Bosfor boğazından keçərkən sahilə çıxıb və nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki