Venesuela Prezidenti Nikolas Maduro ABŞ-da 59-cu prezident seçkilərinin ilkin nəticələrinə görə qalib gələn Demokrat namizəd Co Baydeni və vitse-prezident Kamala Harrisi təbrik edib.
Busaat.az xəbər verir ki, Maduro Venesuelanın danışıqlara hazır olduğunu açıqlayıb.
“Xilaskar Simon Bolivarın ana vətəni Venesuela, ABŞ xalqı və hökuməti ilə dialoqa və razılaşmaya hazırdır”, – N.Maduro qeyd edib.