Böyük texnologiya şirkətləri Avropadakı ofislərindən imtina edirlər

image-1669182489-alphabetbackend

Dünya iqtisadiyyatında baş verən durğunluq sektorda illərlə davam edən sürətli inkişafı dayandırdığı üçün böyük texnologiya şirkətləri Avropadakı ofislərindən imtina edirlər.

Busaat.az Financial Times-ə istinadən xəbər verir ki, Google Alphabet, Meta və korporativ proqram təminatı nəhəngi Salesforce London və Dublində icarəyə götürülmüş ofislərdən imtina etmək istəyən ABŞ texnoloji qrupları arasında yer alıb.

Bu addımlar şirkətlərin iş yerlərinin ixtisarı da daxil olmaqla xərcləri azaltmaq, bununla da texnoloji səhmlərin azalmasına cavab verməsi kimi qiymətləndirilib.

Artan faiz dərəcələri, getdikcə daha qaranlıq iqtisadi mənzərə və onlayn xidmətlərin artması səbəbindən ofis kirayəsi xərcləri Atlantik okeanının hər iki tərəfində əlavə xərc kimi qiymətləndirilir.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90