“Böyüməyimiz üçün bu cür oyunlar keçirməyimiz vacibdir” – Qurban Qurbanov

image-1709719321-17097190315731142379_1200x630backend

“Bizim üçün çox vacib oyundur. Hazırda Azərbaycan xalqının “Qarabağ”a böyük dəstəyi var”.

Busaat.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk görüşü çərçivəsində Bakıda Almaniya “Bayer”inə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

“Bayer” kimi güclü komandaya qarşı oynamağın müsbət hal olduğunu vurğulayan mütəxəssis bildirib: “Sabah güclü, dinamik komandaya qarşı mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bizim klub olaraq böyüməyimiz üçün bu cür oyunlar keçirməyimiz vacibdir. İnanıram ki, stadion yenidən dolacaq, çünki azarkeşlərin dəstəyi önəmlidir”.

Əsas məqsədlərinin meydanda sonadək mübarizə aparmaq olduğunu söyləyən Q.Qurbanov qeyd edib: “Futbolçulardan əsas istəyim ruhdan düşmədən mübarizə aparmalarıdır. Qrupda bu komanda ilə qarşılaşmışdıq. Ancaq bu dəfə fərqli oyun olacaq. Çünki qalib gələn tərəf növbəti mərhələyə adlayacaq. Bəlkə də “Bayer” cütün taleyini burada həll etmək istəyəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90