BP Azərbaycanda rekord qaz hasilatına ümid edir

image-bextiyarbackend

Keçən il Azərbaycanın “Şahdəniz” yatağında qaz hasilatı plandan artıq olub və hazırda ilin sonunadək yeni rekord səviyyəyə çatması üçün işlər davam etdirilir.

Busaat.az xəbər verir ki, bunu BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, daha dərin horizontların qaz ehtiyatlarının potensialının qiymətləndirilməsi üçün kəşfiyyat quyusunda işlərə başlanılıb.

Fərziyyələr təsdiqlənərsə, BP hasilatı daha da artırmağa hazır olacaq. Qaz tədarükünü mümkün qədər şaxələndirməyə və Rusiyadan asılılıqdan qurtulmağa çalışan Avropanın qaz bazarındakı dəyişiklikləri nəzərə alaraq yeni ehtiyatların axtarışına başlamağın aktuallığı artır.

2022-ci ildə “Şahdəniz” yatağından qaz hasilatı əvvəlki illə müqayisədə 11,5 faiz artaraq 25,2 milyard kubmetr təşkil edib. Bunun 20,8 milyard kubmetri (18,1 faiz artarımla) ixrac edilib.

Qeyd edək ki, 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz tədarükünü iki dəfə artırmağa hazırdır. Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropa Komissiyasından müvafiq infrastrukturun qurulmasına köməklik göstərməyi xahiş ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90