Braziliyada sel nəticəsində 18 nəfər öldü – Video

image-bahiabackend

Braziliyanın şimal-şərq bölgələrində həftələrdir davam edən leysan yağışları ölkədə ciddi fəsadlara yol açıb.

Busaat.az “TRT Haber”ə istinadən xəbər verir ki, şiddətli yağışlar Bahia əyalətində 19 şəhərdə selin baş verməsinə gətirib çıxarıb.

Bununla yanaşı, təbii fəlakət nəticəsində 2 su bəndi uçub, 18 nəfər isə həlak olub. Həmçinin bir çox ev su altında qalıb.

Bahia valisi Rui Castonun sözlərinə görə, 400 mindən çox vətəndaş son iki ayda yağan şiddətli yağışların təsirinə məruz qalıb, 1000-dən çox insan isə evini tərk etməli olub.

Ölkənin meteoroloji qurumlarının verdiyi məlumata görə, Bahia əyalətinin paytaxtı Salvadora bu ay orta səviyyədən 6 dəfə çox yağıntı düşüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90