Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Britaniya monarxiyasına qarşı addım – Avstraliya Respublikaya çevrilir?

image-412566
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İngiltərə kraliçası II Elizabetin ölümündən sonra monarxiya mübahisələrinin alovlandığı Avstraliya 2023-cü ildə Britaniya monarxiyasını tərk edərək respublikaya çevrilmək üçün məsləhətləşmə görüşləri keçirəcək.

Busaat.az xəbər verir ki, bu barədə iddialarla xarici KİV çıxış edib.

Xəbərlərə görə, İngiltərə kraliçası II Elizabetin ölümündən sonra Avstraliyada yenidən respublika müzakirələri gündəmə gəlib. Federal hökumət 2023-cü ilin ilk aylarında Avstraliyanın monarxiya ilə əlaqələrini kəsib-kəsməməsi ilə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün məsləhətləşmə görüşləri keçirəcək.

Ekspertlər deyirlər ki, mövcud konstitusiyanın dəyişdirilməsi üçün xalqın çoxluğu “bəli” deməli və 6 ştatdan 4-ü “hə” qərarı verməlidir.

Qeyd edək ki, Kraliça Elizabet dövründə də Avstraliyada respublika hərəkatları olub.

Ancaq ölkədəki respublika hərəkatı 1999-cu ildə keçirilən referendumda məğlub olduqdan sonra zəifləyib. Bunu Elizabetin şəxsi nüfuzu ilə əlaqələndirənlər də az deyil. Bu səbəbdən də, Kraliçanın ölümü sonrasında bəzi dissidentlər monarxiyadan əl çəkmək barədə yeni çağırışlara başlayıb.

Əlavə olaraq bildirək ki, Avstraliyanın Baş naziri Entoni Albanes sentyabrın 12-də keçiriləcək seçkilərdə yenidən qalib gələcəyi təqdirdə Britaniya monarxiyasını tərk etmək üçün referendum keçirəcəyini bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89052