Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.42 $▲0.79%
  • WTI neft85.61 $▲0.69%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.105 $▲0.58%
  • Qızıl3 872 $▼0.08%
  • Gümüş47.38 $▼0.16%
  • Pambıq81.01 ¢▼0.42%
  • Buğda606.00 ¢▲1.08%
  • Bitcoin64 270 $▼0.84%
  • Ethereum1 815 $▼0.23%
  • S&P 5007 417▼1.91%
12°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Bu aylar pandemiya üçün ən pis dövr ola bilər - Bill Qeyts

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Microsoft”un qurucusu Bill Qeyts ABŞ-da izolyasiya rejiminin 2022-ci ilə qədər davam edəcəyini təxmin edir.

Busaat.az xəbər verir ki, o, bu barədə “Daily Mail”ə danışıb. Milyarder COVID-19 pandemiyasının nəticələrinin yaratdığı böhranın nə qədər ciddi olacağı sualına cavab verib. İş adamının fikrincə, növbəti dörd-altı ay bütün pandemiya üçün ən pis dövr ola bilər. O, koronavirusla mübarizə üçün görülən sərt tədbirləri, o cümlədən özünütəcrid rejiminin tətbiq olunmasını, kafe və restoranlara qadağa qoyulmasını dəstəkləyib.

“Proqnozlara görə, daha 200 000 nəfər koronavirusdan ölə bilər. Maska taxıb məsafəmizi saxlasaydıq, ölümlərin əksəriyyətindən qaça bilərdik!”, – Qeyts deyib.

İş adamı vəziyyətin kütləvi peyvənd başlamasından bir müddət sonra, yəni 2021-ci ilin yayına kimi normallaşacağına inanır. Eyni zamanda, virusa yoluxma riskinin 2022-ci ilə qədər yüksək olacağına əmindir.

Xatırladaq ki, 9 dekabrda Qeyts altı istehsal şirkətinin gələn yaza qədər koronavirus peyvəndini istifadə etməyə hazır ola biləcəyini bildirmişdi. Onun sözlərinə görə, yaxın gələcəkdə “AstraZeneca”, “Johnson & Johnson”, “Novavax”, “Pfizer-BioNTech” və “Moderna” peyvəndləri təsdiq ala bilər.

Peyvənd istehsalçıları olan “Pfizer-BioNTech”, “Moderna” və “AstraZeneca” bir neçə həftə əvvəl qeydiyyat prosesinə başlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=27489