Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft110.79 $▲0.98%
  • WTI neft101.24 $▲0.45%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.065 $▲0.92%
  • Qızıl4 059 $▲0.72%
  • Gümüş54.14 $▲0.73%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.25 ¢▼0.53%
  • Bitcoin81 025 $▲0.28%
  • Ethereum2 358 $▲0.48%
  • S&P 5007 723▲0.60%
15°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Cəmiyyət

Bu gün Bakıya QAR YAĞACAQ

image-1705895184_0c020f75-fdb8-3dab-9b71-c4479becde1b_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Busaat.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Günün ikinci yarısından fasilələrlə yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133092