Bu gün La Liqada 2021/2022 mövsümünü ilk “El-Klassiko”su keçiriləcək.
Busaat.az xəbər verir ki, “Barselona” 10-cu turda “Real”ı qəbul edəcək. “Kamp Nou”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Qeyd edək ki, Madrid təmsilçisi 8 oyundan sonra 17 xalla 3-cü, Kataloniya klubu isə 15 xalla 8-ci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib.
24 oktyabr
18:15. “Barselona” – “Real”